AZ

Əsədin devrilməsində ŞOK Ukrayna izi - Rusiya planlarına ZƏRBƏ

Ukrayna kəşfiyyatı Suriyadakı müxalif qüvvələrə yardım göstərib.

Sitat.info  xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin icmalçısı Devid İqnatius yazıb.

Onun sözlərinə görə, İdlib bölgəsinə göndərilən yardımın tərkibinə təxminən 20 təcrübəli dron operatoru və 150 FPV tipli pilotsuz uçuş aparatı daxil olub.

Yardımın Bəşər Əsəd rejiminin devrilməsində çox məhdud, lakin nəzərəçarpan rol oynadığı bildirilir.

Məqalədə qeyd olunur ki, Ukraynanın bu yardımı birbaşa Suriyada müharibənin gedişatını dəyişdirməkdən daha çox, Rusiyanın xaricdəki əməliyyatlarına strateji zərbə vurmağa yönəlib.

Xüsusilə vurğulanır ki, Suriya Rusiya üçün Afrikadakı hərbi və iqtisadi əməliyyatları idarə etmək baxımından kritik əhəmiyyətə malik logistik mərkəzdir. Bu mərkəzin zəiflədilməsi və ya tamamilə itirilməsi Rusiyanın Afrika qitəsindəki təsir imkanlarını ciddi şəkildə azalda bilər.

Ekspertlər hesab edir ki, Ukraynanın bu addımı iki əsas məqsədə xidmət edir. Birincisi, Suriyada Bəşər Əsəd rejimini zəiflətmək. İkincisi, Rusiya ilə dolayısı yolla mübarizə aparmaq və onun Afrikadakı geosiyasi maraqlarına mane olmaqdır./Musavat.com

Seçilən
9
1
sitat.info

2Mənbələr