AZ

Bakının daha bir rayonunda işıq yoxdur

Xəbər verdiyimiz kimi, Bakının daha bir neçə ərazisinə elektrik verilişində fasilə yaranıb.

Aktual.az xəbər verir ki, bu barədə Azərişıq ASC-dən məlumat verilib.

Qeyd olunub ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə yenidənqurma işləri ilə əlaqədar dekabrın 11-də elektrik xətləri sifarişə əsasən açılıb.

Bununla əlaqədar olaraq saat 12:30-dan saat 14:00-dək Gəncə prospekti, Məhəmməd Hadi, Nəsrəddin Tusi və Sadıqcan küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bununla da elektrik enerjisinin verilişinin məhdudlaşdırıldığı rayonların sayı dördə çatıb.

Qeyd edək ki, Xətai rayonunun sözügedən ərazilərində elektrik enerjisinin verilməsinin 12:30-dan dayandırılacağı bildirilsə də, məhdudiyyət daha tez - 12:00-dan tətbiq edilib.

Seçilən
1
6
ulusum.az

10Mənbələr