Suriyada hərbi çevriliş ABŞ və İsrail tərəfindən “qonşu ölkənin” dəstəyi ilə planlaşdırılıb və Tehranın buna sübutu var.
Ulusal.az SNN-ə istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei xalqa müraciəti zamanı deyib.
Xameneinin bəyanatına görə, Suriyada baş verənlərin “amerikalılar və sionistlər arasında birgə plan” olduğuna heç bir şübhə olmamalıdır. O, ölkədəki çevrilişdə Suriyaya qonşu olan bir dövlətin də rol oynadığını və indi də davam etdiyini diqqətə çatdırıb.
Buna baxmayaraq, İranın Ali Rəhbəri əsas sui-qəsdçilərin ABŞ və İsrail olduğunu vurğulayıb. Xamenei əlavə edib ki, bunun sübutu var.