AZ

“DOST Müfəttiş” layihəsi beynəlxalq mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə layihəsi olan “DOST Müfəttiş” növbəti beynəlxalq uğur qazanıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Xidmətin fəaliyyət sahələrində innovativ yanaşmaların geniş tətbiqi və “DOST Müfəttiş” layihəsinin işəgötürənlər üçün qiymətləndirmə dəstəyi Böyük Britaniyanın “Global Banking & Finance Review” beynəlxalq jurnalının müsabiqəsində münsiflər heyətinin yüksək qiymətini alıb.

Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti və “DOST Müfəttiş” layihəsi müsabiqənin qalibləri sırasına daxil edilərək “İnnovasiyada Mükəmməllik-2024” mükafatına layiq görülüb.

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Xorvatiya, Portuqaliya, Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya və s. daxil olmaqla 100-ə yaxın ölkədən maliyyə-kredit, bank, pensiya, sığorta və investisiya qurumları, regional və beynəlxalq maliyyə korporasiyaları iştirak edib.

Seçilən
3
8
sia.az

9Mənbələr