Xidmətin fəaliyyət sahələrində innovativ yanaşmaların geniş tətbiqi və "DOST Müfəttiş" layihəsinin işəgötürənlər üçün qiymətləndirmə dəstəyi "Global Banking & Finance Review" beynəlxalq jurnalının (Böyük Britaniya) müsabiqəsində münsiflər heyətinin yüksək qiymətini alıb.
Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti və "DOST Müfəttiş" layihəsi müsabiqənin qalibləri sırasına daxil edilərək "İnnovasiyada Mükəmməllik-2024" mükafatlarına layiq görülüblər.
https://www.globalbankingandfinance.com/global-banking-finance-awards-2024-award-winners/
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Xorvatiya, Portuqaliya, Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya və s. daxil olmaqla 100-ə yaxın ölkədən maliyyə-kredit, bank, pensiya, sığorta və investisiya qurumları, regional və beynəlxalq maliyyə korporasiyaları iştirak edib.