Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon” klubu ilə yeni müqavilə bağlayıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


26 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci il dekabrın 31-dək nəzərdə tutulub.


Krivotsyuk klubunun mətbuat xidmətinə açıqlama da verib: "Müqaviləni yenilədiyim üçün çox şadam. Ailəmə və hər şeyə görə Allaha təşəkkür edirəm. Növbəti mövsüm liqada ən yaxşı Antonu görəcəksiniz".


Krivotsyuk 2023-cü ilin fevralından Cənubi Koreya təmsilçisində çıxış edir.