AZ

Tramp: "Suriyalılar ABŞ və Fransanın köməyi olmadan özləri öhdəsindən gəlməlidirlər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Suriyalılar Qərbin, xüsusən də ABŞ və Fransanın köməyi olmadan təkbaşına situasiyanın öhdəsindən gəlməli olacaqlar".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Fransanın "Paris Match" jurnalına müsahibəsində deyib.
"Dünyada bir çox böhranlar var. Bir neçə gün əvvəl yenisi başladı - Suriyada. Onlar tamamilə təkbaşına vəziyyətin öhdəsindən gəlməli olacaqlar, çünki biz (ABŞ - red.) və Fransa bunda iştirak etmirik", - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Tramp ABŞ-nin Suriyadakı vəziyyətə qarışmamalı olduğunu, bunun "ABŞ-nin müharibəsi olmadığını" deyirdi.
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qruplaşmaları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də bir neçə böyük şəhəri (Hələb, Həma, Dəraa və Homs) ələ keçiriblər, dekabrın 8-də isə Dəməşqə daxil olublar, hökumət qüvvələrinin bölmələri şəhəri tərk ediblər. Bəşər Əsəd Suriya prezidenti postundan istefa verib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib.
Seçilən
9
39
oxu.az

10Mənbələr