Apellyasiya Arbitraj Tribunalı “Karvan” klubunun apellyasiya şikayəti ilə bağlı qərarı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.
I Liqanın VIII turu çərçivəsində keçirilən “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra meydan sahiblərinin futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb, komandası 300 manat cərimə edilib. AFFA İntizam Komitəsinin bu qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.