AZ

Ukrayna ATACAMS raketəri ilə Taqanroqa zərbə endiribRusiya MN

Dekabrın 11-də səhər saatlarında Taqanroqa hücum altı ATACMS raketi ilə həyata keçirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin hədəfi hərbi aerodrom olub.

Qeyd olunub ki, iki raket Pantsir hava hücumundan müdafiə sisteminin döyüş heyəti tərəfindən vurulub, qalanları elektron mübarizə vasitələri ilə zərərsizləşdirilib.

Raket fraqmentlərinin düşməsi nəticəsində şəxsi heyət arasında yaralananlar olub.

Aerodromun texniki ərazisində iki bina və üç ədəd hərbi maşın, habelə aerodromun yaxınlığındakı dayanacaqda mülki avtomobillər zərər görüb. Müdafiə Nazirliyi hücuma cavab olaraq “müvafiq tədbirlər” görəcəyini vəd edib.

Seçilən
8
5
azpost.info

6Mənbələr