AZ

Makron və İvanişvili Gürcüstandakı vəziyyəti müzakirə ediblər

Fransa Prezidenti Emmanuel Makron hakim "Gürcü Arzusu" Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə telefonla danışıb.

24News.ge xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı Fransa prezidentinin təşəbbüsü ilə keçirilib və bir saat davam edib.

Makron Gürcüstandakı vəziyyətə görə təəssüfləndiyini qeyd edib və bu vəziyyətin aradan qaldırılmasına töhfə vermək arzusunda olduğunu bildirib. Bidzina İvanişvili də öz növbəsində Fransa Prezidentinə təşəbbüsə görə təşəkkür edib və birgə səylər ideyasını alqışlayıb.

Fransa prezidentinin administrasiyasının yaydığı məlumata əsasən, Fransa prezidenti İvanişvili ilə telefon danışığında bütün siyasi partiyalar və mülki nümayəndələrlə inklüziv dialoqa çağırıb. Prezident vətəndaş cəmiyyəti və müxalifət nümayəndələrinin təhdid edilməsini, həmçinin təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərə və jurnalistlərə qarşı zorakılığını pisləyib.

Məlumata görə, Makron İvanişvilini bütün məhbusları azad etməyə, ifadə və sərbəst toplaşma azadlığına hörmət etməyə çağırıb.

Telefon danışığı təxminən bir saat davam edib. Tərəflər bir neçə gündən sonra yenidən əlaqə saxlamaq barədə razılığa gəliblər.
Seçilən
22
32
sherg.az

10Mənbələr