Bakı. Trend:
Suriyada illər boyu dəvam edən repressiyalar və iqtisadidurğunluq vətəndaşları rejimə qarşı narazı hala saldı. Beynəlxalqaləmdə rejimə qarşı olan təzyiqlər, habelə ölkə daxilindəkiiqtisadi çökmə rejimin sonunu qaçılmaz etdi.
Əsəd rejiminin artıq mövcud olmadığı Suriya müxalifətin ölkədaxilində böyük əraziləri ələ keçirdiyi yeni mərhələyə qədəm qoyub.Bu keçid müxalifətin əsas güc mərkəzlərini öz nəzarətinə alması vəyeni siyasi strukturun yaranması ilə müşayiət olunur. Sonproseslər, xüsusilə müxalifətin Suriyanın böyük şəhərlərini vəstrateji bölgələrini nəzarətə alması, ölkənin gələcəyini təyinedəcək addımlardır.
Bu proseslərin nəticəsi olaraq, Suriyada milli birlikhökumətinin yaradılması vacibdir. Milli birlik hökuməti cəmiyyətinbütün qruplarını bir araya gətirərək ölkənin bərpasında həlledicirol oynaya bilər. Belə bir hökumət eyni zamanda daxili sabitliyinbərpa olunması və Suriya xalqının dəstəyini qazanmaq üçün əsasıtəşkil edəcək.
Bölgədə çoxsaylı aktorların mənafelərinin toqquşması Suriyanınərazi bütövlüyü üçün ciddi təhlukə yaradır. Bu baxımdan, beynəlxalqictimaiyyətin yardımı və dövlətlərarası dialoqun təşviqi vacibdir.Suriyanın ərazi bütövlüyü qorunmazsa, bölgə daha çox çətinhumanitar və siyasi fəlakətlərlə üzləşə bilər.
Suriya böhranında Türkiyənin rolu özəlliklə qeyd edilməlidir.Türkiyə Suriyadan qaçqın axınını idarə etməklə yanaşı, ölkəninsabitliyinin bərpasında da əsas aktor kimi çıxış edir. Qarşıdangələn dövrdə Türkiyə sülh prosesinin tərəqqisinə yardım etməkləyanaşı, ölkənin öz ayaqları üstə durması üçün iqtisadi vədiplomatik dəstəyini davam etdirəcəkdir.
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığızamanı da Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmışvəziyyət müzakirə olunub.
Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi iləSuriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunubildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriyaxalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasınadəstək verməyə hazır olduğunu qeyd edib. Prezident Rəcəb TəyyibƏrdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardımvə dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyətgöstərəcəyini məmnuniyyətlə qeyd edib.
Daha sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dəSuriya hadisələri ilə bğalı bəyanat yayıb. Bəyanatda qeyd edilibki, Azərbaycan Suriyada baş verən prosesləri izləyir və eynizamanda, qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirir.
Buradan nəticəyə gəlmək olar ki, Azərbaycan tərəfi də Suriyadahumanitar vəziyyətin yaxşılaşdırılması, bu ölkənin əhalisinindəstəklənməsi istiqamətində fəaliyyət göstərmək niyyətindədir, vəbunu Türkiyə ilə koordinasiya formasında həyata keçirəcək.
Belə ki, Xarici İşlər Nazirliyinin də bildirdiyi kimi,Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinədəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğunşəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərinhəllini tapacağına umidvardır.
Suriyadakı vəziyyətin xüsusilə də Türkiyənin, eyni zamandaregion ölkələrinin dəstəyi və iştirakı ilə sabitləşməsi, sülhünbərpa olunması, humanitar vəziyyətin düzəlməsi bütün regionunmarağında olmalıdır və yeganə həll yoludur.
Azər Qarayev,
Politoloq