AZ

Quterreş: Afrika ölkələri tezliklə BMT TŞ-nin daimi üzvü olacaqlar

Afrika ölkələri tezliklə BMT Təhlükəsizlik Şurasına (TŞ) daimi üzv kimi daxil olacaqlar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş bildirib.

“Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasına daxil olmasının qarşısındakı ən ciddi maneələr aradan qaldırılıb. Artıq Afrikanın iki ölkəsinin Təhlükəsizlik Şurasının daimi üzvü olacağı barədə konsensus əldə edilib. BMT Baş Katibi olaraq Afrika ölkələrini Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq görmədən mandatımı bitirməyəcəyimə əminəm”, - o deyib.

Quterreş əlavə edib ki, qlobal Cənubun BMT-nin işinə təsiri indi həlledicidir.

“Qlobal Cənub ölkələri dünya birliyinin əksəriyyətini təmsil edir. Onlar BMT-nin işinə ən həlledici təsiri göstərirlər”, - BMT Baş katibi bildirib.

Qeyd edək ki, Quterreş Afrikanın cənubundakı ölkələrə səfər edib. O, dekabrın 11-də Lesotoda təntənəli mərasimlərdə iştirak edəcək.
Seçilən
0
9
sherg.az

10Mənbələr