FİFA 2030 və 2034-cü illərdə keçiriləcək dünya çempionatlarının yerlərini rəsmən elan edib.
Axar.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
2030-cu ildə keçiriləcək dünya çempionatı Mərakeş, Portuqaliya və İspaniya ölkələrini əhatə edəcək. Turnirin üç oyunu isə Uruqvay, Paraqvay və Argentinada keçiriləcək.
DÇ-2034 isə Səudiyyə Ərəbistanda baş tutacaq. Ölkənin iqlim şəraitinə görə turnir həmin il qışda başlayacaq.
Xatırladaq ki, 2026-cı ilin dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.