AZ

Gec şam yeməyi dərinin qocalmasını sürətləndirir

Gecə saatlarında yemək vərdişi orqanizmin bioloji ritmlərini pozur. Bu, dərinin ultrabənövşəyi şüalardan təbii müdafiəsinin azalmasına səbəb olur. 

Demokrat.az
xəbər verir ki, Texas Universitetinin alimləri bu qənaətə gəliblər. 

Araşdırmanın nəticələri Cell Reports jurnalında dərc olunub. 

Bu prosesin əsas komponenti günəş yanığından sonra dəri hüceyrələrinin bərpasında iştirak edən XPA proteinidir.

Siçanlar üzərində aparılan təcrübələr göstərdi ki, qeyri-adi vaxtlarda yemək yeyən heyvanlar adi rejimə sadiq qalanlara nisbətən daha çox UV yanıqlarına məruz qalırlar. 

Bu nəticələr pəhriz vaxtının dərinin daxili saatının fəaliyyətinə birbaşa təsir etdiyi fərziyyəsini dəstəkləyir.

Tədqiqatın rəhbəri professor Cozef Takahaşi qeyd edib ki, düzgün yemək vaxtlarına riayət etmək bədənin bioloji saatını sinxronlaşdırmağa kömək edir, dərinin günəş radiasiyasından qorunmasını artırır.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
9
demokrat.az

1Mənbələr