Samux rayonunun Sərkar kəndində nəqliyyat vasitəsi yanaraq yararsız vəziyyətə düşüb.
XALQ.AZ Avtosfer.az-a istinadən məlumat verir ki, hadisə dekabrın 10-da səhər saatlarında qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtobusun salonunda başlayan alov qısa müddətdə nəqliyyat vasitəsinin digər hissələrinə yayılıb. İddialara əsasən, avtobusun sahibi Vətən müharibəsi iştirakçısı Samir adlı şəxs nəqliyyat vasitəsini bilərəkdən yandırıb. Xoşbəxtlikdən hadisə zamanı avtobusda insan olmayıb.
Qeyd edək ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları olmayıb. Nəqliyyat vasitəsi ətrafdakı insanların köməkliyi ilə söndürülüb. Avtomobil söndürüldükdən sonra yanğnsöndürənlər gəliblər.