AZ

Qazaxıstanın yeni yük daşıyıcısı Azərbaycanla dəniz əlaqəsini gücləndirəcək

“Semurq İnvest” MMC-nin baş direktoru Nurjan Marabayev bildirib ki, Qazaxıstanın daha bir yük gəmisi Kurık limanı ilə Azərbaycan limanları arasında üzəcək.

AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, Nurjan Marabayevin sözlərinə görə, Qazaxıstan Respublikasının strateji vəzifələrindən biri qeyri-kafi liman imkanları probleminin həlli ilə yanaşı, dəniz donanmasının inkişafıdır.

“Kompleks logistik xidmətlərin göstərilməsinin etibarlılığını artırmaq üçün 7,4 min ton yükgötürmə qabiliyyətinə malik quru yük daşıyan gəminin alınmasına dair saziş imzalanıb. Gəmi artıq səfərbər olunub və o, Volqa-Don kanalı ilə Həştərxana çatıb. Onun dekabrın 20-də Kurık limanına çatması gözlənilir. Gəminin Kurık limanı ilə Azərbaycan limanları arasında müntəzəm xətdə yerləşdirilməsi planlaşdırılır”, - deyən Marabayev bu tipli bir gəminin ildə 240 min tona qədər ixrac yükü daşıya biləcəyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, şirkət ticarət donanmasını altı gəmiyə çatdırmağı planlaşdırır.

Seçilən
11
2
yeniazerbaycan.com

3Mənbələr