Türkiyə 2024-cü ilin 11 aylıq dövründə fındıq ixracından 2 milyard 329 milyon dollardan çox gəlir əldə edib.
Newscenter.az Qara Dəniz Fındıq və Məhsulları İxracatçıları Birliyinə (KFMİB) istinadən bildirir ki, 2024-cü il yanvarın 1-dən noyabrın 30-dək 289 min 39 ton fındıq ixrac edilib.
İxrac müqabilində 2 milyard 349 milyon 239 min 446 dollar gəlir əldə edilib.
Ötən ilin eyni dövründə 251 min 163 ton ixrac olunub və 1 milyard 621 milyon 988 min 536 dollar gəlir əldə edilib.
Türkiyənin 2024-cü ildə fındıq ixracı əvvəlki ilə nisbətən tonaj olaraq 37 min 876 ton, gəlir baxımından isə 721 milyon 250 min 910 dollar artıb.
Mehman Mehdiyev