AZ

Musa Təranənin adını eşidib efirdən getdi

Müğənni Musa Musayev "Tarixin bir günü" verilişini əsəbiləşərək yarımçıq tərk edib.

Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, buna səbəb proqramın aparıcısı Tarix Əliyevin (Tolik) ona hazırda həbsxanada olan prodüser Təranə Səmədova ilə bağlı qalmaqalı xatırlatması olub.

“Təranənin Allah qapısını açsın. Bunlar pula görə işləyən adamlardır. Məni əsəbiləşdirmək üçün xoşagəlməz videolar yayırlar. Belə şeylərə görə efirə çıxmıram. Bir ildən çoxdur verilişlərə getmirəm. Belə söhbətləri qəbul etmək istəmirəm.

Həyatda düşmənim yoxdur. Kimsə düşmənçilik edirsə, Allah cəzasını verəcək", deyən Musa mikrofonu qoyaraq efirdən gedib.

Onun həyat yoldaşı, müğənni Təranə Qumral etiraz edərək bildirib: "Onun TikTok-u və başqa sosial şəbəkə hesabı yoxdur. Qoymuram elə şeylərə Musa baxsın və əsəbiləşsin". 

Qeyd edək ki, Təranə və Musa arasında "Space" kanalında verilişlərin birində dava düşmüşdü.

Seçilən
3
6
olke.az

7Mənbələr