AZ

Türkiyənin Tacikistana avtomobil ixracı 11,2 % azalıb

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Tacikistana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz azalaraq 10 milyon 81 min 87 dollar olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin noyabr ayında Türkiyə Tacikistana 1 milyon 103 min 25 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 30,1 faiz azdır.

Ümumilikdə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı 6 faiz artaraq, 33 milyard 731 milyon 566 min dollar təşkil edib.

Noyabr ayında isə Türkiyə 3 milyard 241 milyon 318 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,3 faiz çoxdur.

Qeyd edilib ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 36 milyard 902 milyon 494 min dollar məbləğində avtomobil ixrac edib.

Fuad Mədətov
Fins.az

Seçilən
3
14
fins.az

10Mənbələr