Bu gün Azərbaycan Basketbol Liqasında VI turun növbəti matçı keçirilib.
"Unikal" xəbər verir ki, B qrupunda 1 oyun baş tutub.
"Ordu" "Sumqayıt"ı sınağa çəkib. Son oyunda məğlub olan meydan sahibləri bunu unutdurublar. Onlar qonaq komandanı fərqli məğlub ediblər. "Ordu" 115:81 hesabı ilə üstün olub.
Qeyd edək ki, turun ilk matçlarında "Naxçıvan" "Neftçi"ni 83:72, "Sabah" isə "Sərhədçi"ni 67:64 hesabı ilə məğlub edib. Dekabrın 13-də "Abşeron" NTD-ni, bir gün sonra "Gəncə" "Lənkəran"ı qəbul edəcək. Tura "Quba" - "Şəki" görüşü ilə yekun vurulacaq.