AZ

Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

Bakı. Trend

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevinvəfatından 21 il keçir. Heydər Əliyev dahi siyasətçi idi, o,regional siyasətin aparıcı simalarından biri olaraq həm öz xalqıarasında, həm də beynəlxalq siyasi arenada böyük nüfuza malikidi.

Trend-inməlumatına görə, Ümummilli Liderin xatirəsi Azərbaycanda, ocümlədən xarici ölkələrdə ehtiramla yad edilir.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-daNaxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanlarısistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSRNazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrininmüavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayorrütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi alitəhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinintarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist PartiyasıMərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər ƏliyevAzərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birincikatibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı KommunistPartiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən HeydərƏliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinətəyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası MərkəziKomitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyisiyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefaverib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarınınBakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün AzərbaycanınMoskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycanxalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarınıncəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskinmünaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinəetiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqıKommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulundaAzərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isəNaxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputatseçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası AliMəclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrininmüavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvanşəhərində keçirilmiş təsis qurultayında partiyanın sədriseçilib.

1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətəqayıdışı Azərbaycan üçün xilas yolu oldu. Ən çətin anda o, ölkəyəgeri dönərək siyasi böhran və iqtisadi tənəzzüldən çıxış yolutapdı. O, o zamankı bacarıqsız hakimiyyətin yaratdığı vəziyyətidüzəldə bildi, müharibəni dayandırdı, vətəndaş qarşıdurmasınınqarşısını aldı və ölkəni tərəqqi yoluna yönəltdi. Məhz HeydərƏliyevin səyi ilə tarixi “Əsrin müqaviləsi” imzalandı. Ulu öndərinneft strategiyası Azərbaycanın iqtisadi inkişafına güclü təkanverdi. 1998-ci ildəki andiçmə mərasimində o, belə deyirdi: "Biz XXIəsrə daha da qüdrətli, müstəqil Azərbaycan dövləti çatdırmaqistəyirik. Gələcək nəsillərə daha xoşbəxt həyat yaratmaq istəyirik.Azad, sərbəst, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək vəAvropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərinigöstərəcəkdir".

Bu gün Azərbaycan güclü, nüfuzlu və həqiqətən müstəqil birdövlətdir. Ulu öndərin qoyduğu möhkəm təməl üzərində Prezidentİlham Əliyev Azərbaycanın misilsiz uğur hekayəsini yazdı. Ölkədəyoxsulluğun öhdəsindən gəlindi, möhtəşəm iqtisadiyyat quruldu,peşəkar ordu formalaşdırıldı və Azərbaycanın beynəlxalq arenadahesablaşılmalı bir oyunçu kimi möhkəm imici yaradıldı. Biz, qalibxalq olaraq, azad, sabit və çiçəklənən bir ölkədə yaşayırıq.

Məqalədə:
Seçilən
13
21
az.trend.az

10Mənbələr