ABŞ-nin Texas ştatında kiçik “Piper PA-31” təyyarəsinin magistral yola enərək avtomobillərlə toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Bu barədə “NBC News” məlumat yayıb.
Təyyarənin göyərtəsində yalnız pilotun olduğu qeyd edilir. Qəzadan sonra təyyarə iki hissəyə parçalanıb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri müəyyənləşdirilir.