AZ

Dünya yeni pandemiyaya hazırdır? - ÜST rəsmisindən açıqlama

“Dünya yeni pandemiyaya həm hazırdır, həm də hazır deyil”.

Publika.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 2024-cü ildə səhiyyə sahəsində baş verən qlobal hadisələr və gələcək perspektivlər barədə BMT-nin Cenevrə ofisində jurnalistlərə açıqlamasında deyib.

O, səhiyyə sahəsində əldə olunan uğurlardan bəhs edərək, 2024-cü ildə doqquz ölkənin bəzi xəstəliklərdən tamamilə azad olunduğunu, Afrikanın 17 ölkəsinə 12 milyondan çox malyariya peyvəndinin çatdırıldığını və 150 ölkədə siqaret istifadəsinin azaldığını vurğulayıb. Bildirib ki, bu nailiyyətlər səhiyyə siyasətinin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir.

ÜST-ün baş direktoru Qəzza, Sudan və Ukraynada davam edən münaqişələrin səhiyyə infrastrukturuna ciddi zərbə vurduğunu bildirib. Təşkilatın qeydlərinə əsasən, son bir il ərzində səhiyyə xidmətləri 1370 dəfə hücuma məruz qalıb. Nəticədə 805 nəfər həlak olub, 1545 nəfər isə yaralanıb. Suriyada isə Hələb və İdlib şəhərlərində səhiyyə müəssisələrinə qarşı 19 hücum baş verib. Bu hücumlar səhiyyə sisteminə ağır zərbə vurub, nəticədə səhiyyə xidmətlərinin göstərilməsi məhdudlaşıb.

O, Suriyadakı inkişafın müəyyən ümid doğurduğunu bildirsə də, məcburi köçkünlərin və ölkəyə qayıdan insanların səhiyyə sisteminə yeni yük gətirdiyini qeyd edib. Suriyada xəstəxanaların üçdə ikisinin fəaliyyətsiz olması ölkədə səhiyyə xidmətlərinin keyfiyyətini müəyyən dərəcədə aşağı salıb.

Seçilən
3
5
publika.az

9Mənbələr