Rusiyanın "Oreşnik" raket kompleksini işə salmasına cavab olaraq, ABŞ-ın Polşa və ya Ukraynada "B-61" tipli nüvə bombaları yerləşdirmək ehtimalı müzakirə olunur.
Musavat.com xəbər verir ki, bu barədə "The National Interest" nəşri yazıb.
Bildirilir ki, hazırda qlobal təhlükəsizlik vəziyyəti kəskin şəkildə dəyişir və bölgədəki hərbi-strateji balans narahatlıq doğurur.
Xüsusilə "Oreşnik" raket kompleksinin aktivləşdirilməsi Qərbdə böyük narahatlıq yaradır və bu addım NATO-nun Şərq cinahında təhlükəsizlik tədbirlərini gücləndirməsinə səbəb ola bilər.
Nəşr vurğulayır ki, "mövcud geosiyasi reallıqlar fonunda münaqişənin inkişafını nəzərə alaraq, ABŞ-ın nüvə arsenalının yerləşdirilməsi kimi variantları istisna etmək mümkün deyil".
Mütəxəssislər hesab edir ki, ABŞ-ın bu cür addımı yalnız hərbi-strateji deyil, həm də siyasi mesaj xarakteri daşıyacaq. Bu, NATO-nun Rusiya təhdidlərinə qarşı cavab verməyə hazır olduğunu göstərməklə yanaşı, həm də Polşa və Ukrayna kimi müttəfiq ölkələrin təhlükəsizliyini təmin etmək məqsədi daşıyacaq.
Musavat.com