AZ

Avropa Liqası: “Qalatasaray” və “Beşiktaş” növbəti oyunlarına çıxacaq

Bakı,12 dekabr, AZƏRTAC

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində VI tura yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, Türkiyənin “Qalatasaray” komandası İsveçdə “Malmö”nün qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

İstanbulun digər təmsilçisi “Beşiktaş” isə Norveçdə “Budyo-Qlimt”lə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə gecə saat 00:00-da start götürəcək.

UEFA Avropa Liqası

Əsas mərhələ

VI tur

12 dekabr

21:45. “Roma” (İtaliya) - “Braqa” (Portuqaliya)

21:45. “Olimpiakos” (Yunanıstan) - “Tvente” (Niderland)

21:45. PAOK (Yunanıstan) - “Ferentsvaroş” (Macarıstan)

21:45. “Viktoriya” (Çexiya) - “Mançester Yunayted” (İngiltərə)

21:45. “Yunion” (Belçika) - “Nitsa” (Fransa)

21:45. “Ludoqorets” (Bolqarıstan) - AZalkmar(Niderland)

21:45. “Malmö” (İsveç) - “Qalatasaray” (Türkiyə)

21:45. “Hoffenhaym” (Almaniya) - FKSB (Rumıniya)

00:00. “Portu” (Portuqaliya) - "Midtüllann" (Danimarka)

00:00. “Ayaks” (Niderland) - “Latsio” (İtaliya)

00:00. “Reyncers” (Şotlandiya) - “Tottenhem” (İngiltərə)

00:00. “Slaviya” (Çexiya) - “Anderlext” (Belçika)

00:00. “Real Sosyedad” (İspaniya) - “Dinamo” (Kiyev, Ukrayna)

00:00. “Lion” (Fransa) - “Ayntraxt” (Almaniya)

00:00. “Makkabi” (Təl-Əviv, İsrail) - RFS (Latviya)

00:00. “Budyo-Qlimt” (Norveç) - “Beşiktaş” (Türkiyə)

00:00. “Elfsborq” (İsveç) - “Qarabağ” (Azərbaycan)

Seçilən
3
20
azertag.az

10Mənbələr