Ağdaşda bədbəxt hadisə baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, dekabrın 11-i saat 17 radələrində Ağdaş şəhər sakini 2010-cu il təvəllüdlü Vüqar Zakirli Ağdaş rayonunun Qoşaqovaq kəndinin ərazisindən keçən Şirvan kanalında əlini yumaq istəyərkən yıxılaraq boğulub.
Onun tapılması istiqamətində axtarışlar aparılır.