AZ

Türkiyə bələdiyyəsi sement alımı üzrə tender elan edib

Bakı,TurkicWorld

Türkiyənin Trabzon bələdiyyəsi 5 min ton sement alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Sement müqavilə imzalandıqdan sonra 320 təqvim günü ərzində hissə-hissə alınacaqdır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 14 yanvar 2025-ci il tarixinə qədər “Yalıncak Mahallesi Rize Caddesi No:10g 61030 Ortahisar/Trabzon” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

Seçilən
2
3
turkic.world

10Mənbələr