AZ

Rusiyanın Bəşər Əsədə sığınacaq verməsinin əsasən 3 səbəbi var

Birincisi, Kreml hər zaman özünün dəstəklədiyi liderlər devriləndə onlara sığınacaq verib.

Məsələn, Qırğızıstan prezident Əsgər Akayev 2005 - ci ildə " Lalə inqilabı " ilə hakimiyyətdən devriləndə əvvəlcə yaxın dostu olan Qazaxıstan prezidenti Nursultan Nazarbayevin yanına qaçmışdı. Lakin Rusiya prezidenti Vladimir Putin Akayevi Moskvaya gəlməsi üçün inandıra bildi. Rusiyada onun elmi araşdırması üçün də şərait yaradıldı və bu gün Akayev Moskva Dövlət Universitetinin professorudur. 2014 - ci də " Maydan hərəkatı " zamanı devrilən Viktor Yanukoviçin də Rusiyaya qaçdı. Baxmayaraq Rusiya onun ölkəsini işğal edib və bu gündə etməkdə davam edir. Əsədə qucaq açmaq Moskvanın psixoloji mübarizəsinin bir hissəsidir. İkinci mühüm məqam isə Suriyada Rusiya hərbi bazalarının mövcudluğudur. Kreml Əsəd üzərindən Suriyanın yeni hökuməti ilə bazarlıq edəcək. Bəşər Əsədin bildiyi kifayət qədər faktlar var ki, bu yeni hökumət üçün önəmlidir. Məsələn, Suriya müxalifət içində Əsədə bağlı gizli şəxslər, Əsədin gizli xəzinələri ( Bu cür xəzinələr Səddam Hüseyndə olubsa ehtimal ki, Əsəddə də olacaq ), həmçinin digər gizli dövlət əhəmiyyətli məlumatlar. Rusiya bu kimi məlumatları Əsəddən alıb Suriyadakı yeni hökumətə ötürməklə öz hərbi mövcudluğunu bu ölkədə qoruyub saxla bilər. Nəzərə alaq ki, Rusiyanın Suriyada hərbi mövcudluğu yeni hökumətin də işinə yarayar. Çünki Rusiya regionda İsrailin qarşısındakı əsas səddir. Üçüncü bir məsələ isə Bəşər Əsədin şəxsi sərvəti ilə bağlıdır. İddialara görə Əsəd özü ilə birlikdə Moskvaya 135 milyard ABŞ dolları həcmində nağd pul aparıb. Rusiyada əvvəldən də Əsəd ailəsinə aid geniş biznes var. Bəşər Əsədə hələ ölkədə inqilab başlamamışdan Qərbin münasibəti yaxşı olmadığı üçün o çirkli pulları məhz Rusiya ərazisində yuyurdu. Bəşər Əsədin Suriyadakı biznesini həyat yoldaşı Əsma idarə edirdi. Bura Moskva və Sankt-Peterburqda gözəllik salonları, ticarət mərkəzləri, yeraltı kazinolar, gecə klubları, barlar daxildir. Rusiyanın müxalif mediya platformalarında bir müddət əvvəl Əsəd ailəsinin ölkənin daşınmaz əmlak sektorunda və yeyinti sektorunda aktivliyini artırdığı barədə məlumatlar yayılmışdı. Ehtimal ki, Bəşər Əsəd bu biznes şəbəkəsini daha da genişləndirəcək və faktiki olaraq kölgədəki milyader kimi öz dəbdəbəli həyatına davam edəcək. Onu da qeyd edim ki, Əsəd ailəsi üçün Rusiya yad ölkə deyil. Bəşər və yoldaşı Əsma, həmçinin övladları - Hafiz, Zeyn və Kərim rus dilini normal şəkildə bilirlər. Onu da deyim ki, Əsəd ailəsinin Rusiyadakı biznesi təbii ki, öz adalarına deyil. Müxtəlif şəxslərin adına rəsmiləşdirilib. Lakin son zamanlar Əsma Əsəd Moskvanın elit məkanlarında tez - tez görsənir.

Zeynal Əmirəliyev

visiontv.az



Seçilən
4
1
visiontv.az

10Mənbələr