AZ

Vətəndaşların ad-soyadını qanunsuz dəyişdirən rəisə — 9 il həbs!

Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham edilən sabiq şöbə rəisi Elşən Quliyevə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə nazirliyin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Yevlax rayon Qeydiyyat şöbəsinin sabiq rəisi E.Quliyevə 9 il həbs cəzası verilib.

O, Cinayət Məcəlləsinin 311 və 312-1-ci (rüşvət alma və nüfuz alveri) maddələri üzrə təqsirli bilinib.

Qeyd edilib ki, E.Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb.

Seçilən
14
9
demokrat.az

10Mənbələr