Bakı, 12 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr ayları ərzində 141 mindən çox proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onların 52,68 faizini kişilər, 47,32 faizini isə qadınlar təşkil edib.