AZ

Fransa və Polşa Ukraynaya 40 min avropalı əsgər göndərməyi müzakirə edir

Avropa ABŞ-ın yeni prezidenti Donald Trampın Kiyevə münaqişənin həlli üçün əlverişsiz şərtlər qoya biləcəyindən ehtiyat edərək, Ukraynada sülh yolu ilə nizamlanma planlarını fəal şəkildə nəzərdən keçirir. Bu baxımdan, Ukraynanın təhlükəsizliyini təmin etmək üçün atəşkəsdən sonra Qərb qoşunlarının yerləşdirilməsi məsələsi getdikcə daha çox gündəmə gətirilir.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, Polşa və Fransa Rusiyanın atəşkəsi və gələcəkdə müəyyən edilə biləcək demarkasiya xəttini pozmasının qarşısını almaq üçün hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynada sülhməramlı missiya yerləşdirmək təklifini müzakirə edir.

Kontingentin beş briqadadan (təxminən 40 min əsgər) ibarət ola biləcəyi ehtimal edilir. Polşa onlardan birinə komandanlıq edə bilər.

Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk dekabrın 12-də görüşdə bu məsələni müzakirə edəcəklər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
8
43
herbiand.az

10Mənbələr