AZ

Cənubi Koreya Prezidentinin impiçment məsələsinə yenidən baxılacaq


Cənubi Koreyanın altı müxalifət partiyası Prezidentin hərbi vəziyyət elan etməsi ilə bağlı impiçment elan edilməsi üçün yeni birgə təklif təqdim edib.

APA-nın xəbərinə görə bu barədə ölkə parlamenti məlumat yayıb.

Bildirilib ki, ölkənin altı müxalifət partiyası Prezident Yoon Suk Yeolun hərbi vəziyyət elanı ilə bağlı impiçment elan edilməsi üçün yeni birgə təklif təqdim edib. Prezidentin impiçment edilməsi məsələsinə şənbə günü baxılacaq.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yoon Suk Yeol televiziya müraciətində hərbi vəziyyət elan etmək qərarını müdafiə edib.

“Hərbi vəziyyətin tətbiqi cəhdi demokratiyanın süqutunun qarşısını almaq və müxalifətin parlament diktaturasına qarşı çıxmaq üçün verilmiş qanuni qərar idi”, - prezident çıxışında deyib.

Cənubi Koreya Prezidenti sona qədər mübarizə aparacağını vurğulayıb: Mənə qarşı ittiham irəli sürülsə də, impiçment olunsam da, istintaq edilsə də, qətiyyətlə dayanacağam. Mən ölkə hakimiyyətini iflic vəziyyətinə salan və dövlətin konstitusiya quruluşunu pozan qüvvələrin və cinayətkar qrupların Cənubi Koreyanın gələcəyini təhdid etməsinin qarşısını almaq üçün sona qədər mübarizə aparacağam.

Seçilən
8
2
apa.az

3Mənbələr