SEPAH-ın Qüds qüvvələrinin 6 yüksək rütbəli zabiti, bir diplomat və 3 iranlı podratçı ABŞ-ın Beyrutdakı səfirliyinə sığınıb.
Paytaxt.org Axar.az-a istinadən xəbər verir ki, bu sensasion məlumatı Kanal 1 İranın Beyrutdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əhməd Bəşrətə istinadla yayıb.
Qüds Korpusuna bağlı “Nab Cihadi” Teleqram kanalı isə yazıb:
“Bu xəbərin doğru olub-olmadığını bilmirik, amma etibarlı kanallarımızda dərc olunub! Nə üçün SEPAH-ın 6 hərbi müşaviri İrana qayıda bilmir? Pasport problemi, yoxsa?..
Bir tərəfdən bir çox marşrutun bağlanması, uçuş icazəsinin olmaması, digər tərəfdən İsraildən gələn təhdidlər səbəbindən bu cür işlər çoxlu risklərlə müşayiət olunur.