Xalq şairi Qaynarinfo-ya açıqlamasında yeni təmirli bir ofisə köçdüyünü vurğulayıb:
"Heç kəs kövrəlməsin, çünkü təzə ofisim daha yaxşıdır. O dünyaya daşınmıram ki... Yeni ofisimə köçürəm. Adam bir az yüngülləşəndə daha rahat olur. Yeni ofisdə hələ təmir işləri yekunlaşmayıb. Yəqin ki, bu işlər yaxın vaxtlarda başa çatacaq".
"Yeni ofisinizdə xanımınız, deputat Tənzilə Rüstəmxanlının da otağı olacaqmı" sualına Sabir Rüstəmxanlının cavabı belə olub:
"Tənzilə xanımla evdə görüşürük, ofisdə də bir yerdə olaq? Yox, onun ayrı ofisi var. Qadın cəmiyyətinin öz yeri, mənim də öz yerim var. Amma Tənzilə xanım partiyaya gəlir. Təmir başa çatandan sonra yeni ofisə də gələcək".
Qeyd edək ki, Sabir Rüstəmxanlı ötən gün sosial media hesabında ofisini boşaltdığını yazıb:
5Mənbələr
-
nocomment.azSabir Rüstəmxanlı: “Tənzilə xanımla evdə görüşürük, ofisdə də bir yerdə olaq?..” ( 13914820)
-
yenilik.azSabir Rüstəmxanlı: "Tənzilə xanımla evdə görüşürük, ofisdə də bir yerdə olaq?.." ( 13901260)
-
demokrat.azSabir Rüstəmxanlı: "Tənzilə xanımla evdə görüşürük, ofisdə də bir yerdə olaq?.." ( 13899025)
-
qaynarinfo.azSabir Rüstəmxanlı: "Tənzilə xanımla evdə görüşürük, ofisdə də bir yerdə olaq?.." ( 13898512)
-
qaynarinfo.azSabir Rüstəmxanlı: "Tənzilə xanımla evdə görüşürük, ofisdə də bir yerdə olaq...?" ( 13898275)