AZ

“Sülh müqaviləsinin 17 maddəsindən 15-i razılaşdırılıb” - Nazir

“Sülh müqaviləsinin layihəsi preambuladan və 17 maddədən ibarətdir. Preambula və 15 maddə üzrə mətnlər demək olar ki, razılaşdırılıb".

Turkustan.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Fəxri xiyabanda jurnalistlərə açıqlamasında deyib.

“İki maddə üzrə isə açıq suallarımız var. Həmin açıq suallar üzrə son müddət ərzində işlər davam edir. Artıq bir neçə raund danışıqlar və mətn mübadilələri həyata keçirilib. Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb. Lakin həmin iki maddə üzrə işlər davam edir”, - deyə nazir əlavə edib./bizim.media

Seçilən
3
3
turkustan.az

10Mənbələr