AZ

XİN rəhbəri: Ermənistanla sülh müqaviləsi layihəsi üzrə 15 maddə razılaşdırılıb, 2-si ilə bağlı işlər davam edir

Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, 2 maddə ilə bağlı işlər isə davam edir.

Onun sözlərinə görə, sülh müqaviləsinin layihəsi 17 maddə və preambuladan ibarətdir: “Preambula və 15 maddə üzrə demək olar mətnlər tam razılaşdırılıb. 2 maddə üzrə isə açıq suallarımız var. Həmin açıq suallar üzrə son müddət ərzində işlər davam edir. Artıq bir neçə raund danışıqlar olub və mətn mübadilələri həyata keçirilib. Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb. İşlər davam edir”.

Ceyhun Bayramov qeyd edib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər: “Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində danışıqlar davam etdirilib. Eyni zamanda sülh müqaviləsi üzrə də çoxsaylı görüşlər həyata keçirilib, həmçinin mətn üzrə mübadilələr davam etdirilib. Burada da açıq suallar qalmasına baxmayaraq, bəlli irəliləyişlər əldə edilib”.

XİN rəhbəri bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var: “Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bu işi daha da mürəkkəbləşdirib. Çünki məhz Ermənistan Konstitusiyasının preambulasında Ermənistan müstəqillik əldə edəndən sonra olan sənədə istinad var və o sənəddə də Azərbaycana ərazi iddiaları var”.

APA

Seçilən
2
8
yenigundem.az

10Mənbələr