AZ

Dünya Bankı Türkiyəyə 250 milyon dollar maliyyə ayırdı

Dünya Bankı Türkiyəyə zəlzələ zonasında kənd təsərrüfatı fəaliyyətləri üçün 250 milyon dollar maliyyə ayırmağı təsdiqləyib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bununla bağlı qərar Dünya Bankının İcraçı Direktorlar Şurası tərəfindən qəbul olunub.

Bildirilib ki, "Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində kənd təsərrüfatı sektorunun yaxşılaşdırılması" layihəsi ölkənin "Bərəkətli Aypara" adlanan bölgəsindəki kənd təsərrüfatı müəssisələrinin zəlzələlərin vurduğu böyük ziyandan sonra bərpasına kömək edəcək. Eyni zamanda təbii fəlakətlərə və iqlim dəyişikliyinə qarşı dayanıqlılığı artıracaq.

Nəticədə ayrı-ayrı fermerlər, heyvandarlar, çobanlar, kənd təsərrüfatı müəssisə və təşkilatları da daxil olmaqla, 50 minə yaxın insan bərpa edilmiş və təkmilləşdirilmiş suvarma sistemlərindən, texnika və təsərrüfat avadanlığından, bərpa edilmiş təsərrüfatdaxili infrastrukturdan, avadanlıq və otlaq torpaqlarından, habelə dayanıqlı torpaqlardan bəhrələnəcəklər. 

Layihə həmçinin qadınların və gənclərin proqramlardan bəhrələnməsini təmin etmək üçün məqsədyönlü tədbirləri əhatə edəcək və bununla da inklüziv bərpa və davamlılığı dəstəkləyəcək.

Gülşən Şərif

Seçilən
11
50
bakivaxti.az

10Mənbələr