AZ

Ərdoğanın müşaviri Bakıdan hədələdi

Suriya ərazisində kənar qüvvələr nə xəyal edibsə, Türkiyə bunu kabusa çevirib. Sərhədlərimizdə, 100 il əvvəl bizim ərazilərimiz olan torpaqlarda terror dövləti qurula bilməz. Türkiyə rəsmiləri bunu müxtəlif tribunalardan bəyan ediblər. Bizi ən yaxşı Cənubi Koreya əsgəri tanıyır. Hamı bilməlidir ki, türklə savaşmaq onlara fayda verməz. Bizlə dost olmaq lazımdır. Hamı ağlını başına toplamalıdır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın TopçuTeleqraf.com-a müsahibəsində deyib. “Kimliyindən asılı olmayaraq, istənilən dövlətin Suriya ərazisində Türkiyənin maraqlarına zidd addım atmasına icazə verməyəcəyik. İmkan verilməlidir ki, suriyalılar azad şəkildə yaşasınlar. Boş xəyallardan vaz keçmək lazımdır, nəticəsi olmayacaq.

Nümunə istəyirlərsə, Çanaqqala, Sakariya, 15 İyul buna misaldır. Sual edirəm, Suriyadan 11 min kilometr uzaqda yerləşən ABŞ-ın orada nə işi var? Və ya İsrail hansı maraqlar güdür? Yaxın Şərqin Vaşinqtona hansısa təhdid yaratması başadüşülən deyil. Rusiyaya da eyni sualı vermək lazımdır. Onlar da bizə eyni sualla müraciət edirlər. Amma anlamırlar ki, 100 il əvvəl Şam, Hələb kimi ərazilər vilayətimiz idi. Bundan başqa, 900 km sərhəddimiz var”, - Topçu bildirib.

Seçilən
9
4
buta.tv

5Mənbələr