Aktual.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu Teleqraf.com-a müsahibəsində deyib.
"Kimliyindən asılı olmayaraq, istənilən dövlətin Suriya ərazisində Türkiyənin maraqlarına zidd addım atmasına icazə verməyəcəyik. İmkan verilməlidir ki, suriyalılar azad şəkildə yaşasınlar. Boş xəyallardan vaz keçmək lazımdır, nəticəsi olmayacaq.
Nümunə istəyirlərsə, Çanaqqala, Sakariya, 15 İyul buna misaldır. Sual edirəm, Suriyadan 11 min kilometr uzaqda yerləşən ABŞ-ın orada nə işi var? Və ya İsrail hansı maraqlar güdür? Yaxın Şərqin Vaşinqtona hansısa təhdid yaratması başadüşülən deyil. Rusiyaya da eyni sualı vermək lazımdır. Onlar da bizə eyni sualla müraciət edirlər. Amma anlamırlar ki, 100 il əvvəl Şam, Hələb kimi ərazilər vilayətimiz idi. Bundan başqa, 900 km sərhəddimiz var”, - Topçu bildirib.