Yaxın günlərdə Bakı-Balakən istiqamətində sərnişin daşımaları ilə fəaliyyətin tarixi açıqlanacaq. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-in sədri Rövşən Rüstəmov bildirib.
"Artıq deyə bilərəm ki, buna sayılı günlər qalıb. Yaxın günlərdə biz ilk qatarın fəaliyyətə başlayacağı tarixi açıqlayacayıq. Bir sıra işlər tamamlanıb. İnfrastruktur işləri yekunlaşıb. Stansiyalarda təmir işləri aparılıb", - sədr deyib.
Aytac
www.anews.az