Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il keçir.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, 12 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabanda məzarını ziyarət edib.
Dövlət İmtahan Mərkəzinin əməkdaşları ümummilli liderin ruhu qarşısında baş əyib, məzarı üzərinə gül dəstələri düzüb, əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
Allah rəhmət eləsin!