AZ

SOS: Yeni ölümcül virus SÜRƏTLƏ YAYILIR - TƏSDİQLƏNDİ

Ümumdünya Səhiyyə Təşkilatı daha üç ölkə və Britaniya ərazisinin ölümcül virusu təsdiqlədiyini bildirib.

 

Paytaxt.org  xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə, Ekvador, Qayana, Panama və Kayman adalarında Oropush virusunun təsdiqlənmiş halları qeydə alınıb.

 

Həmçinin, Oropush virusunun Kanada, ABŞ və Avropada idxalı halları aşkar edilib.


Xəstəlik midge (bir növ ağcaqanad) dişləmələri ilə yayılır. ÜST virusun nəzarət altına alınmadığı təqdirdə başqa yollarla yayılmağa başlaya biləcəyindən qorxur. Xüsusilə, Braziliyada hamilə anadan xəstəliyin üç yoluxma faktı təsdiqlənib - iki körpə ölüb, biri anadangəlmə qüsurlu doğulub.

 

Oropush virusu Mərkəzi və Cənubi Amerikada və Karib dənizində geniş yayılıb.

 

Xəstəliyin simptomları arasında qızdırma var ki bu da dişləmədən 4-8 gün sonra başlayır.

 

"Adətən hərarətin yüksəlməsi, şiddətli baş ağrısı, oynaqların sərtləşməsi, ağrı, titrəmə, bəzən davamlı ürəkbulanma və qusma ilə qəfil başlayır, 7 günə qədər davam edir. 60%-ə qədər hallarda qızdırma azaldıqdan sonra simptomların təkrarlanması müşahidə olunur.

Seçilən
8
16
paytaxt.org

10Mənbələr