AZ

AZAL Bakı-Səmərqənd-Bakı uçuşlarını bərpa edəcək

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti 2025-ci il aprelin 1-dən Bakı-Səmərqənd-Bakı birbaşa uçuşlarını bərpa edəcək.

Bu barədə Özbəkistan mətbuatı xəbər verir.

Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək.

Məlumatda qeyd edilib ki, Səmərqənddən uçuş yerli vaxtla saat 2:55-də baş tutacaq. Uçuş müddəti 2 saat 20 dəqiqə təşkil edəcək.

"Bu, Səmərqənddən səyahət edən sərnişinlər üçün yeni imkanlar açır və Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının 75-dən çox istiqaməti əhatə edən beynəlxalq uçuş şəbəkəsinə daha bir istiqamət əlavə edir", - məlumatda qeyd olunub.

© Report

Bakı-Səmərqənd-Bakı
Seçilən
5
14
marja.az

10Mənbələr