AZ

"Qarabağ" legioneri ilə bağlı qərarını verdi - O, komandada qalacaq

"Qarabağ" legionerlərindən daha biri ilə danışıqlara başlayıb.

Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Mateus Silvanı buraxmaq niyyətində deyil.

Belə ki, onun müqavilə müddəti artırıla bilər. Artıq klub ona yeni müqavilə təklif edib.

Qurban Qurbanov Mateus Silvanın komandada qalmasını istəyib. Məlumata görə, braziliyalı da "Qarabağ"dan ayrılmaq niyyətində deyil.

Mateusun Azərbaycan çempionu ilə müqavilə müddətinin daha iki il artırılacağı gözlənilir.

Qeyd edək ki, Mateus 2023-cü il avqustun 21-də "Qarabağ"a keçib. Onun Ağdam klubu ilə sözləşməsi 2025-ci il iyunun 30-na qədərdir.

Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarılıb - FOTO

"Qarabağ"ın baş məşqçisi beş oyunluq cəzalanıb

"Sumqayıt" "Neftçi" ilə oyunda azarkeşlərin təhqiramiz şüarlarına görə ziyana düşüb

"Elfsborq"un futbolçusu: "Ümid edirəm ki, bu gecə hava mümkün qədər soyuq olar"

Millimizin AVRO-2026-nın əsas mərhələsindəki rəqibləri qarşılaşıb

Seçilən
21
2
apasport.az

3Mənbələr