Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqdədir.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Qeyd olunub ki, İ.Kalın Dəməşqdə yerləşən Əməvi məscidində namaz qılıb.
Onların Suriya hökumətinin nümayəndələri ilə görüşləri gözlənilir.