AZ

Politoloq: "NATO sülh sazişindən dərhal sonra Ukraynaya qoşun yeridəcək"

"Şimali Atlantika Alyansı sülh müqaviləsi bağlandıqdan dərhal sonra sülhməramlı adı ilə Ukraynaya qoşun göndərə bilər". 

HİT.az xəbər verir ki, bu proqnozla rusiyalı politoloq Sergey Markov öz "Telegram" kanalında çıxış edib.

"NATO qoşunlarının Ukraynaya daxil olması sülh sazişinin imzalanmasından dərhal sonra baş verməlidir", deyə Markov bildirib.

Onun sözlərinə görə, alyansın Ukraynaya 40 minlik hərbçi qrupu göndərəcəyi ehtimal edilir. Politoloq əlavə edib ki, Fransa prezidenti Emmanuel Makron Varşavada bu planı müzakirə edir.

Markov iddia edir ki, yekun "Ukraynanın işğalı planı" gələn həftə qəbul oluna bilər.

"Onlar Tramp ABŞ prezidenti vəzifəsinə başlamazdan əvvəl bunu etməyə tələsirlər", deyə o qeyd edib.

Samir
 

Seçilən
16
1
hit.az

2Mənbələr