Bakı. Trend:
"Qarabağ" futbol klubu legioner oyunçularından biri ilədanışıqlara başlayıb. Ağdam təmsilçisi Mateus Silvanı komandadasaxlamağı planlaşdırır.
Trend xəbər verirki, klub artıq braziliyalı futbolçuya yeni müqavilə təklif edib.Baş məşqçi Qurban Qurbanov Mateusun komandada qalmasını arzulayıb.Öz növbəsində, Mateus Silvanın da "Qarabağ"ı tərk etmək fikrindəolmadığı bildirilir.
Məlumata görə, Silvanın müqaviləsinin müddəti daha iki iluzadılaraq 2027-ci ilin yayına qədər davam edə bilər.
Xatırladaq ki, Mateus Silva 2023-cü il avqustun 21-də"Qarabağ"ın heyətinə qatılıb. Hazırkı müqaviləsi 2025-ci il iyunun30-da başa çatır.