AZ

Azərbaycanlı alim tarixi nailiyyətə imza atdı

Türkiyənin İğdır Universitetində işləyən riyaziyyat elmləri doktoru, azərbaycanlı professor Kamal Soltanov minillərlə həlli tapılmayan "Navier Stokes" tənliyini həll edib. Bununla da professor tarixi bir nailiyyətə imza atıb.

Publika.az xəbər verir ki, onun bu bacarığı haqqında Türkiyənin "Haber Global" telekanalında geniş reportaj hazırlanıb.

120-dən çox elmi məqalənin müəllifi olan Kamal Soltanov tənliyin həllini tapması ilə bağlı danışıb.

Qeyd edək ki, "Navier Stokes" bərabərliyi klassik məsələlər olan yeddi riyazi problemdən biridir. Onlardan yalnız biri - Puankare hipotezi 2010-cu ildə rus riyaziyyatçısı Qriqori Perelman tərəfindən həll edilib.

Kamal Soltanov 2020-ci ildən bu yana tədqiqatlarını İğdır Universitetində davam etdirir.

Seçilən
25
3
publika.az

10Mənbələr