AZ

Mbappenin müraciəti qəbul edilməyib

PSJ-nin sabiq hücumçusu Kilian Mbappe maaşının gecikdirilməsi ilə bağlı Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsinə etdiyi müraciət qəbul edilməyib.

İdman.biz xəbər verir ki, 25 yaşlı hücumçu əvvəlki müqaviləsinə əsasən, sabiq klubunun ona 55 milyon avro ödəməsini tələb edib.

Məsələ ilə bağlı vəziyyəti şərh edən PSJ təmsilçisi bildirib ki, Mbappe öhdəliklərini yerinə yetirməməkdə, eləcə də mübahisəni belə destruktiv şəkildə davam etdirməkdə davam edərsə, klub məhkəmədə mövqeyini müdafiə etməyə hazır olacaq.

Qeyd edək ki, Kilian Mbappe 2018-2024-cü illərdə PSJ-də oynayıb. O, bu ilin iyulunda azad agent kimi İspaniyanın "Real" (Madrid) klubu ilə müqavilə imzalayıb.

İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr