AZ

İmran Xan və həyat yoldaşına qarşı yeni korrupsiya ittihamları irəli sürüldü


İslamabadda xüsusi məhkəmə keçmiş baş nazir İmran Xan və həyat yoldaşı Buşra Bibiyə qarşı yeni korrupsiya ittihamları irəli sürüb.
Yeniavaz.com
xəbər verir ki, ittihamlar Xanın hakimiyyətdə olarkən xarici liderlərdən alınan qiymətli hədiyyələrin satışından əldə olunan gəlirlərin gizlədilməsi ilə bağlıdır.
Bildirilib ki, məhkəmədə təqdim edilən sənədə görə, Xan və Büşra Bibi öz səlahiyyətlərindən sui-istifadə ediblər. İstintaqın məlumatına görə, Xan baş nazirliyi dövründə aldığı 108 hədiyyədən 58-ni qaytarmayıb.
Əvvəllər xəbər verildiyi kimi, istintaq Xan və onun həyat yoldaşı tərəfindən dövlət anbarında saxlanmaq əvəzinə satdıqları iddia edilən 7 “Graff” və “Rolex” saatı, həmçinin 10 brilyant və qızıl-zinət əşyaları da daxil olmaqla xarici hədiyyələrin qanunsuz satışı ilə bağlıdır.
Xatırladaq ki, Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
Seçilən
18
yeniavaz.com

1Mənbələr